Haqqımızda

EMMI- 1972-ci ildən təsis olunaraq, beynəlxalq müstəvidə kəmiyyət və keyfiyyəti ilə imzasını yaratmış brenddir. İlk zamanlar kiçik addımlarla ətir bazarına addımlayan EMMI ilk ətirlərini kəşf edərək ətrafına geniş alıcı kütləsi topladı. Yüksək keyfiyyətli məhsullar təqdim etməsi ilə birlikdə, onları müştərilərinə ən münasib qiymətlə təklif etməsi onu rəqiblərindən fərqləndirdi.

Ən qalıcı və nadir qoxuları ətir kolleksiyasında toplayan EMMI, ən geniş ətir assortimenti və mürəkkəb qoxu piramidası ilə hər bir zövq sahibi olan şəxsin rəğbətini qazanacaqdır. Ətir kolleksiyamızda EMMI imzalı ətirlərlə yanaşı, həmçinin məhşur dünya ətirlərinin ən mükəmməl növlərini əldə edə bilərsiniz.

Alıcılarımıza geniş ətir çeşidi ilə yanaşı avto-parfümlər, xüsusi aromatik şamlar və kosmetik vasitələr təklif edirik. Təqdim etdiyimiz məhsulların olduqca qalıcı qoxuya sahib olması, onları laboratoriyalarımızda ən mükəmməl vəziyyətə çatdıranadək işləyib alıcılarımıza təqdim etməyimizdən irəli gəlir. Eyni zamanda məhsullarımız yüksək keyfiyyətli təbii xammaldan hazırlanır.

Bu gün ölkədaxilində 150-dən çox, ümumilikdə isə 300-dən çox mağazamız alıcılarımıza xidmət edir. Brendin Azərbaycan, Rusiya, Türkiyə, BƏƏ, Hollandiya və s. ölkələrdə rəsmi satış nöqtələri fəaliyyət göstərir. EMMI hazırda mövcud uğurlarla kifayətlənməyib, müştərilərinə daha keyfiyyətli xidmət göstərmək üçün dünya və ölkədaxilində mağazaların sayını aktiv artırmaqdadır.